...

Naxçıvan MR və İran arasında körpü istismara verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyun 2011 09:59 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikası və İran arasında Araz sərhəd çayı üzərində tikilən körpü şənbə günü istismara verilib. Trend-in məlumatına görə, bu barədə İranın MEHR informasiya agentliyi məlumat verib.
Naxçıvan MR və İran arasında körpü istismara verilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Naxçıvan Muxtar Respublikası və İran arasında Araz sərhəd çayı üzərində tikilən körpü şənbə günü istismara verilib. Trend-in məlumatına görə, bu barədə İranın MEHR informasiya agentliyi məlumat verib.

Açılış mərasimində Azərbaycan və İranın yüksəkvəzifəli rəsmiləri iştirak ediblər.

"Dəyəri 4 milyon dollar olan 250 metrlik körpü iki dövlət arasında yük və sərnişin tranzitini asanlaşdıracaq", - agentlik qeyd edir.

Bundan başqa, Araz çayının suyundan istifadə üzrə layihənin birinci mərhələsi də işə salınıb.

Layihə regionda 2000 hektara yaxın əkin sahələrini su ilə təmin edəcək və 1500-ə yaxın iş yerinin yaradılmasına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti