...

Standartlaşdırma üzrə Dövlət Komitəsi Beynəlxalq Elektrotexniki Komissiyanın üzvü olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2011 20:46 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) üzvü olub.
Standartlaşdırma üzrə Dövlət Komitəsi Beynəlxalq Elektrotexniki Komissiyanın üzvü olub

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) üzvü olub. Bu barədə Komitənin çərşənbə günü yaydığı məlumatda deyilir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovla Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) baş katibi Ahoran Amit arasında imzalanmış sənədə əsasən, Komitə Azərbaycan Respublikası adından təşkilatın tərəfdaş üzv ölkə proqramına qoşulub.

Tərəfdaş üzv ölkə proqramına qoşulmaqla Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi IEC-in elektron bazalarından maneəsiz istifadə və Komissiya tərəfindən qəbul edilmiş 200-dək beynəlxalq standartı əldə edərək Azərbaycan Respublikasında tətbiq etmək imkanları qazanıb. Bundan başqa, Komitə ekspertləri IEC-in Texniki komitələrində və Baş Assambleyada iştirak etmək hüququ da əldə edib.

Beynəlxalq Elektrotexniki Komissiya elektrik, elektron və əlaqəli texnologiyalar sahəsində standartlaşdırma üzrə beynəlxalq təşkilatdır. IEC standartları zəruri hallarda Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) ilə müştərək hazırlanır.

Komissiya 1906-cı ildə yaradılıb və hazırda tərkibində 76 ölkə təmsil olunur. Komissiyanın mərkəzi qərargahı İsveçrənin Cenevrə şəhərindədir.

Xəbər lenti

Xəbər lenti