...

"Bouygues "Azərbaycanda konkret infrastuktur layihələri həyata keçirməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2011 10:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC və Fransanın "Bouyges travaux publics" şirkəti yaxın bir neçə ay ərzində Azərbaycanda konkret layihələr üzərində işə başlayacaqlar. Trend-in məlumatına görə, bu barədə "Bouyges travaux publics"in icraçı direktoru Jan-Pyer Marqolin deyib.

Onun sözlərinə görə, şirkət "Akkord" ilə birlikdə Azərbaycanda iri infrastuktur layihələrində iştirakını gözləyir. Maqolin qeyd edib ki, bu halda "Bouygues"un tunellərin çəkilməsi sahəsində böyük təcrübəyə malikdir. Şirkət bu təcrübəsini "Akkord" ilə bölüşməyə hazırdır.

Maqolinin qeyd etdiyinə görə, Azərbaycanın tikinti sektorunun böyük iştirakçısı olan "Akkord" ilə qarşılıqlı münasibətlər "Bouygues" üçün böyük əhəmiyyətə malikdir.

"Bouyges group"un tərkibinə daxil olan "Bouyges travaux publics" şirkəti çərşənbə günü Bakıda Azərbaycandakı infrastruktur layihələrdə, o cümlədən Bakı metrosunun yeni xətt və stansiyalarının çəkilişində tərəflərin əməkdaşlığını nəzərdə tutan anlaşma memorandumunu imzalayıblar.

"Bouyges travaux publics" metro tunellərinin tikintisində böyük təcrübəyə malik olan dünyada məşhur tikinti şirkətlərindən biridir.

Şirkətin iştirak etdiyi layihə çərçivəsində 350 kilometrdən artıq uzunluqda tunel tikiləcək.

Xəbər lenti

Xəbər lenti