...

Azərbaycanın Zaqatala rayonunun sahibkarlarına yarım milyon manatdan çox güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2011 17:24 (UTC +04:00)
Cümə günü Zaqatalada və ətraf rayonlarda fəaliyyət göstərən 41 sahibkarlıq subyektinə 565 min manat güzəştli kredit verilib.
Azərbaycanın Zaqatala rayonunun sahibkarlarına yarım milyon manatdan çox güzəştli kredit verilib

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Cümə günü Zaqatalada və ətraf rayonlarda fəaliyyət göstərən 41 sahibkarlıq subyektinə 565 min manat güzəştli kredit verilib. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.

Bu kreditlər hesabına 80-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Tədbirdə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 150-dək sahibkar iştirak edib.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Oğuz rayonunun Calud kəndində istehsal gücü ildə 150 ton məhsul (mürəbbə və cem) olan "Dağ çiçəyi" müəssisəsinin və Şəki rayonunun Vəzərət kəndində "Karat Holdinq" MMC-nin inşa etdirdiyi tutumu 15 min ton olan müasir taxıl anbarı kompleksinin fəaliyyətinə baxış keçirilib.

Tədbirdə Zaqatala rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan dörd prioritet istiqamət üzrə - müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması, müasir suvarma sisteminin tətbiqi ilə qarğıdalı əkini, çay plantasiyalarının salınması, qarğıdalının qurudulması, təmizlənməsi və saxlanılması məqsədilə müasir anbar kompleksinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

2011-ci ildə Fond 125 milyon manat məbləğində güzəştli kreditin verilməsini maliyyələşdirməyi planlaşdırır ki, bunun da artıq 73,1 milyon manatı ayrılıb.

İyulun 8-nə olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti