...

MOODY International Trend BİA-da beynəlxalq menecment səviyyəsini təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2011 12:54 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyi ISO 9001:2008 standartı üzrə xəbərlər və multimedia məhsullarının və agentliyin menecment keyfiyyətinin beynəlxalq standartına malik olma hüququnu təsdiq edib.
MOODY International Trend BİA-da beynəlxalq menecment səviyyəsini təsdiq edib

Azərbaycan , Bakı , 11 iyul / Trend /

Trend Beynəlxalq İnformasiya Agentliyi ISO 9001:2008 standartı üzrə xəbərlər və multimedia məhsullarının və agentliyin menecment keyfiyyətinin beynəlxalq standartına malik olma hüququnu təsdiq edib.

"Moody International"ın mütəxəssisləri Trend BİA-nin menecment sisteminin təkrar sertifikatlaşdırılmış auditini aparıb və şirkətin ISO 9001:2008 beynəlxalq standartlarına uyğunluğunu təsdiq ediblər.

Son vaxtlar agentlikdə şirkət əməkdaşlarının fəaliyyət və məsuliyyətini qiymətləndirən əlavə kriteriyalar, informasiya və multimedia məhsullarını daha yüksək səviyyədə buraxmaq imkanı verən yeni informasiya texnologiyaları tətbiq olunub.

"Moody International" tərəfindən verilən sertifikat Trend BİA-nın təqdim etdiyi iş və xidmətlərin yüksək səviyyəli olduğunu təsdiq edir.

Trend informasiya agentliyi - 1995-ci ildə Azərbaycanda təsis edilən müstəqil informasiya agentliyi və Xəzəryanı ölkələrin aparıcı xəbər tədarükçülərindən biridir.

Trend BİA-ya 2006-2007-ci illərdə "Azərbaycanın kütləvi informasiya vasitələri" nominasiyasında "İlin ən yaxşı şirkəti" mükafatı verilib. Trend "İlin eksklüziv informasiya agentliyi" nominasiyasında "Brand Award Azerbaijan 2008" milli mükafatına da layiq görülüb. Avrasiya Televiziya və Radio Akademiyası 2008-ci ildə Trend-i "Avrasiyada dinamik inkişaf etmən resurs" kimi tanıyıb.

2010-cu ildə Trend Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv seçilib.

Agentliyin bazasında tərkibinə region və Qərb ölkələrinin 40-a yaxın tanınmış müstəqil ekspertinin daxil olduğu Trend BİA Ekspert Şurası yaradılıb.

Trend gün ərzində beş dildə - Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində xəbərlər dərc edir.

Trend gündəlik iqtisadi məlumat bülleteni, "Trend Oil and Gas" gündəlik nəşrini dərc edir. Bu nəşrdə Xəzər və Mərkəzi Asiyanın neft-qaz bazarları işıqlandırılır. "Trend Transport" regionun nəqliyyat sektorunun icmalıdır. "Trend Weekly Business Report" və "Trend Monthly Business Report" ölkə iqtisadiyyatının makroiqtisadi göstəricilərinin, "Trend Finances" xüsusi nəşri maliyyə sektoru haqqında məlumatın, "Iran Economy Review" isə İranın makro iqtisadiyyatının xülasəsidir.

Xəbər lenti

Xəbər lenti