...

Bank Standard "Sarı Bankomat" kampaniyasına start verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2011 12:53 (UTC +04:00)
Azərbaycan bankı "Bank Standard" iyulun 20-dən yeni "Sarı Bankomat" kampaniyasına start verir.
Bank Standard "Sarı Bankomat" kampaniyasına start verir

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Azərbaycan bankı "Bank Standard" iyulun 20-dən yeni "Sarı Bankomat" kampaniyasına start verir. Trend-in məlumatına görə, bu bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Bu kampaniya çərçivəsində "Bank Standard"ın sarı bankomatlarından nağd pul çıxaranlar pul uduşu qazana bilərlər.

"Bank Standard"ın sarı bankomatlarından nağd pul çıxartmaq istəyən "MasterCard" və "Visa plastik" kart sahibləri xoş sürprizlə qarşılaşa bilərlər. Ani lotereya kimi təşkil olunmuş bu aksiyada iştirakçılar 50 manat məbləğində pul uduşlarına sahib olmaq imkanı qazanacaqlar. "Bank Standard"ın müştəriləri ilə yanaşı, aksiyada digər banklara aid plastik kart sahibləri də iştirak edə bilərlər.

Uduşu təsdiq edən "Bank Standard" yazılı xüsusi lazerli holoqramı 50 manatlıq əskinasların üzərində yerləşdirilir. Belə holoqramı olan əskinası əldə edən şəxs aksiyanın qalibi sayılır. Pul uduşunu almaq üçün qalib gələn şəxs həmin holoqramlı əskinası "Bank Standard"ın Azərbaycan pr., 4 ünvanında yerləşən Müştərilərə Xidmət Mərkəzinə təhvil verib, əvəzində həm öz 50 manatını, həm də eyni dəyərdə pul uduşunu dərhal təhvil ala bilər. Uduşları çıxdıqları gündən başlayaraq aksiyanın başa çatdığı tarixdən sonrakı 90 iş günü ərzində almaq olar.

Aksiya 20.07.2011 - 20.09.2011 tarixləri arasında keçirilir. Sarı bankomatların siyahısı və aksiya haqqında ətraflı məlumatı http://bankstandard.com/az/campaigns/07/ saytından və ya bankın gecə-gündüz rejimində fəaliyyət göstərən məlumat mərkəzinin 158 nömrəsindən əldə etmək olar.

İyulun 18-nə olan rəsmi məzənnə 0,7862 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti