...

"Başak-İnam Sığorta Şirkəti" kənd təsərrüfatını prioritet sahə olaraq müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2011 13:37 (UTC +04:00)
"Başak-İnam Sığorta Şirkəti" ASC kənd təsərrüfatı məhsullarının sığortası sahəsində yaxın perspektivdə bazarın lideri olmağı qarşısına məqsəd qoyub.
"Başak-İnam Sığorta Şirkəti" kənd təsərrüfatını prioritet sahə olaraq müəyyənləşdirib

Azərbaycan, Bakı, 18 iyul /Trend/

"Başak-İnam Sığorta Şirkəti" ASC kənd təsərrüfatı məhsullarının sığortası sahəsində yaxın perspektivdə bazarın lideri olmağı qarşısına məqsəd qoyub. Bu barədə şirkətin idarə heyətinin sədri Orxan Həsənov qeyd edib.

"Fikrimizcə, aqrar sektorda son illərdə yaşanan inkişaf sığortaçılıq baxımından da ciddi bir potensial yaradıb. "Başak-İnam Sığorta Şirkəti" olaraq bu potensialı dəyərləndirmək istəyirik. Düzdür, biz əvvəllər də bu sektora sığorta məhsullarımızı təklif edirdik. Lakin bazar o zaman buna maddi-texniki baxımdan tam hazır deyildi. Artıq şərtlər dəyişib. Aqrar istehsalçıların gəlirləri artıb, sığortanın faydaları mövzusunda daha maariflidirlər. Eyni zamanda, biz də şirkət olaraq, dünyada kənd təsərrüfatı məhsullarının sığortasında lider olan "Groupama" ilə təkrarsığorta müqaviləsi imzalamışıq. Bu da bizə Azərbaycanda kənd təsərrüfatında kütləviləşmə imkanı yaradır", - o deyib.

Orxan Həsənov sığortaçılıq fəaliyyətinin genişlənməsinin aqrar istehsalçılar üçün ciddi bir yük yaratmayacağını qeyd edir. Belə ki, bitkiçilik məhsullarının bir qisminin sığortalanması zamanı sığorta haqlarının yarısı dövlət büdcəsi hesabına qarşılanır. Həmçinin, bu siyahıya ev heyvanlarının da daxil edilməsi gündəmdədir.

Xəbər lenti

Xəbər lenti