...

Azərbaycan və Çin texniki-iqtisadi əməkdaşlıq haqqında müqavilə imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2011 17:16 (UTC +04:00)
İyulun 18-də Bakıda keçirilən ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Çin hökumətlərarası komissiyasının dördüncü iclası çərçivəsində Azərbaycanla Çin arasında texniki-iqtisadi əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Azərbaycan və Çin texniki-iqtisadi əməkdaşlıq haqqında müqavilə imzalayıblar

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir N.İsmayılova/

İyulun 18-də Bakıda keçirilən ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Çin hökumətlərarası komissiyasının dördüncü iclası çərçivəsində Azərbaycanla Çin arasında texniki-iqtisadi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir.

Hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən həmsədri Baş nazirin müavini Abid Şərifov, Çin tərəfdən isə kommersiya nazirinin müavini Çonq Şandır.

İclas çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub. İnişillə müqayisədə iki ölkə arasında mal dövriyyəsi 2010-cu ildə 50,57 faiz təşkil edib və 926 milyon dollara çatıb. 2010-cu ildə Azərbaycandan Çinə ixrac 2,6 dəfə artıb və Çin mallarının idxalı isə 21 faiz artıb.

Bu gün Çindən Azərbaycana əsasən elektrik avadanlıqları, müxtəlif mexanizmlər və maşınlar, kimya və toxuculuq sənayesi məhsulları idxal olunur, Azərbaycandan Çinə isə neft və neft məhsulları, xüsusi təyinatlı mühərriklər, bitkilər ixrac olunur.

İyulun 11-də Bakıda Azərbaycan ilə ÇXR-in Sinszyan-Uyğur Muxtar Respublikası (SUMR) arasında ticari-iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun birinci iclası keçirilib. Azərbaycanla Çin arasında ümumi mal dövriyyəsinin üçdə biri SUMR-in payına düşür. Həmin görüşdə Azərbaycan və Çin arasında azad iqtisadi zonaların (AİZ) yaradılması imkanları nəzərdən keçirilib.

Tərəflər ikitərəfli ticarət həcmlərinin gələcəkdə genişləndirilməsi, eyni zamanda, neft-kimya, elektrik enerjisi, elektrotexnika, kənd təsərrüfatı məhsullarının istehsalı və s. sahələrdə müəssisələri əməkdaşlığın inkişafı və qurulması üçün stimullaşdırmaq məqsədilə aktiv tədbirlərin görülməsinin vacibliyini qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti