...

İlin I yarısında Azərbaycanda 70 minə yaxın daşınmaz əmlaka mülkiyyət hüququ qeydiyyatından keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2011 18:55 (UTC +04:00)
2011-ci ilin birinci yarısı ərzində Azərbaycanda 69 minə yaxın daşınmaz əmlak obyekti barədə mülkiyyət hüququ qeydiyyata alınıb.
İlin I yarısında Azərbaycanda 70 minə yaxın daşınmaz əmlaka mülkiyyət hüququ qeydiyyatından keçib

Azərbaycan, Bakı, 21 iyul /Trend/

2011-ci ilin birinci yarısı ərzində Azərbaycanda 69 minə yaxın daşınmaz əmlak obyekti barədə mülkiyyət hüququ qeydiyyata alınıb. Bu, 2010-cu ildəki göstəricini 50 faiz ötür. Trend-in məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin cümə axşamı yayılan məlumatında deyilir.

"Ərazi idarəsinə gələn vətəndaşlar heç bir maneə olmadan "bir pəncərə" sistemi vasitəsilə hüquq və sənədlərinin rəsmiləşdirilməsi haqqında öz ərizələrini təqdim edə bilərlər. Vətəndaşın iştirakı ilə təqdim olunan sənədlərin ekspertizası aparılır və əgər bu sənədlər qanunvericiliyə uyğun gəlirsə, onlar qəbul edilir və vətəndaşlara lazımi sənədin hazırlanması müddəti haqqında xəbərdarlıq verilir. Daha sonra vətəndaş qanunvericiliklə müəyynə edilən müddətdə mülkiyyət hüuquq haqqında sənəd alır", - məlumatda deyilir.

Vətəndaşın müraciətinə vaxtında cavab verilməsi üçün avtomatlaşdırılmış sənədləşdirmə və axtarış sistemi yaradılıb.

"Bu sahədə ən əhəmiyyətli yeniliklərdən biri proqram təminatının tətbiqidir. O, qəbul qaydaları, dövriyyə, ekspertiza və mülkiyyət huququnun sənədləşdirilməsi üçün lazım olan sənədlərin verilməsi və ekspertizası, texniki və dövlət reyestrindən arayışın alınması üçün sənədlərin tərtibi əsasında yaradılıb. Proqram təminatı qanunvericiliklə müəyyən olunmuş müddətdə işlərin yerinə yetirilməsini tənzimləyir", - məlumatda deyilir.

Dövlət Komitəsinin daşınmaz əmlak hüququnun sənədləşdirilməsi ilə məşğul olan yerli ofisləri müasir tələblərə uyğun avadanlıqlarla təchiz olunub.

Xəbər lenti

Xəbər lenti