...

İlin I yarısında Azərbaycanda 78 tondan çox keyfiyyətsiz ərzaq məhsulları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2011 17:54 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən 2011-ci ilin yanvar-iyununda mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 78,1 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib.
İlin I yarısında Azərbaycanda 78 tondan çox keyfiyyətsiz ərzaq məhsulları məhv edilib

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən 2011-ci ilin yanvar-iyununda mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 78,1 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Trend-in məlumatına görə, bu barədə Daşkəsən rayonunda "İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər" mövzusunda keçirilən konfransda Dövlət Xidmətinin rəhbəri Zahid İsayev bildirib.

Tədbir iyulun 22-də keçirilib. Konfransda Səhiyyə, Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Daşkəsən rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 160-a yaxın istehlakçı iştirak edib.

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati xətaya yol vermiş şəxslər 575,1 min manat cərimə edilib. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol vermiş təsərrüfat subyektlərinə 155 min manat maliyyə sanksiyası tətbiq olunub.

İyulun 22-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti