...

Azərbaycan manatı keçmiş SSRİ ölkələrinin milli valyutaları arasında daha çox inam qazanıb - sorğu

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2011 20:34 (UTC +04:00)
ABŞ-ın "Gallup" şirkətinin keçmiş Sovet İttifaqı ölkələrində apardığı araşdırmaya əsasən, Azərbaycan əhalisinin 75 faizi milli valyutaya üstünlük verir.
Azərbaycan manatı keçmiş SSRİ ölkələrinin milli valyutaları arasında daha çox inam qazanıb - sorğu

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir İ.Xəlilova/

ABŞ-ın "Gallup" şirkətinin keçmiş Sovet İttifaqı ölkələrində apardığı araşdırmaya əsasən, Azərbaycan əhalisinin 75 faizi milli valyutaya üstünlük verir. Bu, Mərkəzi Bankın böhran dövründə apardığı siyasətlə izah edilir.

"Mərkəzi Bankın faiz dərəcələrini 15 faizdən 2 faizə endirməsi, ÜDM-in artımı və neft gəlirləri nəticəsində Azərbaycanın xarici valyuta ehtiyatlarının xarici borcları 7 dəfə üstələyərək 40 milyard dollar həddinə çatması burada çox önəmli rol oynayıb", - "Gallup" ekspertləri hesab edirlər.

Rəyi soruşulanların 14 faizi ABŞ valyutasına, 3 faizi isə avroya üstünlük verir.

Sorğuya əsasən, Gürcüstanda rəyi soruşulanların 38 faizi dolları, 23 faizi avronu və yalnız 28 faizi milli valyutanı seçib. Rusiya vətəndaşları isə xarici valyutalardan avroya (12 faiz) güvənir, halbuki 56 faiz öz əmanətlərini Rusiya rublunda saxlamaq istəyir.

Keçmiş Sovet İttifaqı ölkələrində aparılan sorğunun nəticələri göstərib ki, vətəndaşların əksər hissəsi əllərində olan əlavə pulu yerli valyutada saxlamağa üstünlük verir, amma onlar 29 faiz və 9 faiz arası marja olmaqla ABŞ dollarını avrodan üstün tuturlar.

"Bu, dolların böyük təsirinin qaldığını sübut edir, belə ki, bu tendensiya 2010-cu ildə avronun dollara nisbətdə yüksək məzənnəsi fonunda olub", - "Gallup"ın ekspertləri hesab edirlər. - Son həftələrdə avronun zəifləməsi və avrozona məkanında iqtisadi çağırışlar fonunda bu ölçü nəzərə alınmalı amildir".

Sorğu aparılan 11 ölkədən 10-da hələ də mənzil və avtomobil alınmasından və ya kirayəsindən tutmuş hesablaşmaya qədər iri maliyyə əməliyyatları üçün əsas valyuta ABŞ dollarıdır. Sadəcə Moldovada dollar yerinə avroya üstünlük verirlər. Rezidentlərin üstünlük vermələri dolların tranzaksiya valyutası kimi müəyyən edilməsinə kömək etsə də, bu reallıq vətəndaşların ABŞ dollarına meylini izah edə bilər. Amma yenə də ölkədən ölkəyə fərqli nəticələr ABŞ dollarının iqtisadi davranış perspektivindən nisbi gücü və zəifliyini açıqlayır. Tacikistan, Özbəkistan, Belarus, Gürcüstan və Qırğızıstan vətəndaşları pullarını dollarla saxlamağa ən çox meyilli olduğu halda, Rusiya vətəndaşlarında bu ehtimal aşağıdır.

Şirkətin ekspertlərinin fikrincə, bu sorğunun nəticələrini yerli bank sisteminə olan etibar kimi də yozmaq olar. Məsələn, hələ ötən il aparılan sorğuda milli valyutaya ən az güvənənlər Belarus vətəndaşları olub. Belarus sakinlərinin hər 5 nəfərindən biri yerli valyutaya güvənib. Həmin ölkədə indi valyutanın sürətlə dəyərsizləşməsini nəzərə alanda vətəndaşların boş yerə narahat olmadığını görmək olar.

Nəticələr 1000 nəfər 15 yaşdan yuxarı şəxslə aparılmış birbaşa müsahibələrə əsaslanır, sorğu 2010-cu ilin may-sentyabr aylarında Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova, Tacikistan, Ukrayna və Özbəkistanda aparılıb. Sorğu Rusiyada 2000 nəfəri əhatə edib. Əldə edilən nəticələrə əsasən, 95% əminliklə demək olar ki, yanlışlıq ehtimalı ±4 faiz bəndinə bərabərdir.

Xəbər lenti

Xəbər lenti