...

"Xalq Bank" "Visa Internet" kartları buraxmağa başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2011 18:19 (UTC +04:00)
"Xalq Bank" yalnız internetdə istifadə etmək üçün nəzərdə tutulan və internet vasitəsilə ödənişləri daha rahat və təhlükəsiz həyata keçirməyə imkan verən internet kartlarının buraxılışına başlayıb.
"Xalq Bank" "Visa Internet" kartları buraxmağa başlayıb

Azərbaycan, Bakı, 29 iyul /Trend/

"Xalq Bank" yalnız internetdə istifadə etmək üçün nəzərdə tutulan və internet vasitəsilə ödənişləri daha rahat və təhlükəsiz həyata keçirməyə imkan verən internet kartlarının buraxılışına başlayıb. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

İnternet kartı vasitəsilə müştərilər, internetdə mal və xidmətlər ala, kommunal ödənişlər edə, mobil və stasionar rabitə haqlarını, kabel TV-dən istifadə haqlarını, internet provayderlərin xidmət haqlarını ödəyə, elektron bilet ala, oteldə otaq rezervasiya edə, sığorta və digər ödənişləri həyata keçirə bilərlər.

İnternet kartlarınn sahibləri, "Xalq Bank"ın digər kartlarının istifadəçiləri kimi, kart hesabına operativ şəkildə nəzarət etmək və müxtəlif əməliyyatlar aparmaq imkanı verən SMS-Məlumatlandırma və MobilBank xidmətlərinə qoşula bilərlər.

Hazırda "Xalq Bank" müştərilərə Visa və MasterCard ödəniş sistemlərinin müxtəlif kartlarını təqdim edir.

Xəbər lenti

Xəbər lenti