...

"Kapital Bank" Azərbaycanın sabit və etibarlı maliyyə sisteminin dəstəklənməsinə istiqamətlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2011 12:48 (UTC +04:00)
Regionların sosial-iqtisadi inkişafı proqramlarında yaxından iştirak, böyük filial şəbəkəsi ilə Azərbaycanın ən geniş riteyl bankı statusunu qoruyub saxlamaq da "Kapital Bank"ın strateji məqsədlərinə daxildir.
"Kapital Bank" Azərbaycanın sabit və etibarlı maliyyə sisteminin dəstəklənməsinə istiqamətlənib

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir N.İsmayılova/

"Kapital Bank"ın qarşıya qoyduğu strateji məqsədlər Azərbaycanın bank biznesində lider olmaq, milli maliyyə sisteminin sabitliyini və etibarlılığını dəstəkləmək, korporativ idarəçilik, şəffaflıq, səmərəli menecment, risklər üzərində nəzarətin təmin olunması prinsiplərinə sadiqlik nümayiş etdirməkdir. Bu barədə Trend-ə bankın idarə heyəti sədrinin müavini Yaşar Məmmədov bildirib.

Regionların sosial-iqtisadi inkişafı proqramlarında yaxından iştirak, böyük filial şəbəkəsi ilə Azərbaycanın ən geniş riteyl bankı statusunu qoruyub saxlamaq da "Kapital Bank"ın strateji məqsədlərinə daxildir.

Onun sözlərinə görə, bundan əlavə, "Kapital Bank" növbəti illərdə də müştərilərin istəklərinə uyğun münasib yanaşma nümayiş etdirməyə, beynəlxalq arenada öz müsbət imicini qoruyub saxlamağa, nüfuzlu beynəlxalq maliyyə institutları ilə əlaqələri genişləndirməyə çalışacaq. Yüksək texnologiya və innovasiyalardan bəhrələnməklə modern bank məhsul və xidmətlərinin geniş çeşidinin təklif edilməsi, korporativ mədəniyyətin inkişaf etdirilməsi də "Kapital Bank"ın növbəti illər üzrə strateji planları sırasındadır.

"Kapital Bank" ən geniş filial şəbəkəsinə və böyük müştəri bazasına malikdir. Bu gün ölkədə bankın 89 filialı və 11 şöbəsi fəaliyyət göstərir. Bank Azərbaycanda xüsusilə infrastruktur sahəsində həyata keçirilən iri layihələrin maliyyələşdirilməsində iştirak edir.

2011-ci ilin mart ayında Moodys Investors Service "Kapital Bank"a xarici valyutada olan depozitlərin uzunmüddətli reytinqi "B1", manatla depozitlərin uzunmüddətli B1, qısamüddətli reytinq "NP" və maliyyə dəstəyi reytinqi "E+" təyin edib. Bütün reytinqlərə "stabil" proqnoz verilib.

Böyük texnoloji inkişaf yolu ilə gedən "Kapital Bank" 2009-cu ildə özünün prosessinq sistemini işə salıb. "Kapital Bank"ın prosessinq sistemi yeni bank məhsullarını hazırlamaq, daha çevik xidmət göstərmək imkanlarını yaradacaq.

Mart ayında habelə "Fitch Ratings" "Kapital Bank"a xarici valyutada defolt emitentinin uzunmüddətli reytinqini "B+" səviyyəsində "sabit" proqnozu ilə təsdiqləyib. Bankın fərdi reyhtinqi "D/E", dəstək reytinqi - "4", uzunmüddətli DER "B+", qısamüddətli DER "B" səviyyəsində təsdiqlənib.

Keçmişdə "Kapital Bank" Birləşmiş Universal Səhmdar Bankı (BUS Bank) adlanıb. Öz növbəsində Birləşmiş Universal Səhmdar Bankı Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli 40 "s" nömrəli sərəncamı ilə açıq tipli səhmdar cəmiyyəti formasında yaradılıb. BUSBank üç dövlət səhmdar-kommersiya bankının - Aqrar-Sənaye, Sənaye-İnvestisiya və Əmanət banklarının sağlam aktiv və öhdəliklərinin birləşdirilməsi nəticəsində yaradılıb.

2008-ci ilin yayınadək "Kapital Bank" tamamilə dövlət mülkiyyətində olub. Hazırda "Kapital Bank"ın səhmdarı "Paşa Holdinq"dir. Ona səhmlərin 97,75 faizi məxsusdur.
"Kapital Bank"ın aktivləri 2011-ci ilin birinci yarısında 11,8 faiz artaraq iyulun 1-nə 874,4 milyon manat təşkil edib. Bankın məcmu kapitalı 71,88 milyon manat, nizamnamə kapitalı isə 30 milyon manat təşkil edib.

İyulun 30-na olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti