...

Azərbaycan bankı "Bank Standard " ən yaxşı maliyyə tərəfdaşı adına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2011 13:21 (UTC +04:00)
"Bank Standard" kommersiya bankını "Ən yaxşı maliyyə tərəfdaşı" fəxri adına ölkənin başda gələn özəl şirkətlərindən "Azercell Telekom" layiq görüb.
Azərbaycan bankı "Bank Standard " ən yaxşı maliyyə tərəfdaşı adına layiq görülüb

Azərbaycan, Bakı, 1 avqust /Trend/

"Bank Standard" kommersiya bankını "Ən yaxşı maliyyə tərəfdaşı" fəxri adına ölkənin başda gələn özəl şirkətlərindən "Azercell Telekom" layiq görüb. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Həmin fəxri adın şəhadətnaməsi və xatirə medalı bankın nümayəndələrinə "Azercell" tərəfindən iyun ayının 26-da "Buta Palace"da keçirilən "Info Day" tədbiri zamanı təqdim olunub.

Son 5 il ərzində "Bank Standard" özünün ən iri korporativ müştərilərindən biri "Azercell Telekom" şirkəti ilə fəal əməkdaşlıq edir. Həmin müddət ərzində bank "Azercell" ilə mövcud əməkdaşlığı daim genişləndirir, göstərdiyi xidmətlərin çeşidini artırır.

Qeyd edək ki, "Ən yaxşı maliyyə tərəfdaşı" adı, habelə "Azercell" tərəfindən təsis olunmuş bir sıra digər fəxri adlar ilk dəfədir ki, təqdim olunur.

Xəbər lenti

Xəbər lenti