...

Azərbaycan Nəqliyyat Nazirliyi bir sıra bölmələrini ləğv edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2011 13:07 (UTC +04:00)
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yaradılması ilə əlaqədar Azərbaycan Nəqliyyat Nazirliyi "Avtonəqliyyatservis" MMC, "Bakı sərnişin nəqliyyatı" MMC, "Regional nəqliyyat" MMC və "Azərnəqliyyatekspedisiya" İstehsalat Birliyinin ləğv edilməsi barədə qərar qəbul edib.
Azərbaycan Nəqliyyat Nazirliyi bir sıra bölmələrini ləğv edir

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yaradılması ilə əlaqədar Azərbaycan Nəqliyyat Nazirliyi "Avtonəqliyyatservis" MMC, "Bakı sərnişin nəqliyyatı" MMC, "Regional nəqliyyat" MMC və "Azərnəqliyyatekspedisiya" İstehsalat Birliyinin ləğv edilməsi barədə qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə ləğvetmə komissiyasının rəsmi mətbuatda yerləşdirilən məlumatında deyilir.

Yuxarıda göstərilən müəssisələrin ləğvi Nəqliyyat Nazirliyinin 1 avqust 2011-ci il tarixli əmri əsasında həyata keçirilir.

Bu strukturların ləğvi ilə əlaqədar kreditorlar iki ay ərzində ləğvetmə komissiyasına tələbləri ilə bağlı müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti