...

Azərbaycanda saxta tikinti materiallarının satışı aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2011 19:19 (UTC +04:00)
Antiinhisar Xidməti tikinti materiallarının satışı bazarında monitorinqlər çərçivəsində saxta tikinti materiallarının satışı faktını aşkarlayıb.
Azərbaycanda saxta tikinti materiallarının satışı aşkarlanıb

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tikinti materiallarının satışı bazarında monitorinqlər çərçivəsində saxta tikinti materiallarının satışı faktını aşkarlayıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

"Mətin A" və "Mətanətli AB" adlı ilə kafel və metlax yapışdırıcıları satan mağazalar Xırdalan şəhərində Tağıyev küçəsində (Bayram Rüstəmova məxsusdur) və Bakının Binəqədi rayonunda Ə.Rəcəbli küçəsi, 56 ünvanıda (Elxan Nərimanova məxsusdur) yerləşir.

Yoxlama zamanı uyğunluq sertifikatı və mənşəyi məlum olmayan, etiketində istehsal tarixi və çəkisi göstərilməyən saxta materiallar aşkarlanıb.

Aşkar olunmuş pozuntularla əlaqədar 95 kisə saxta tikinti materialları satışdan çıxarılaraq saxlanmaya götürülüb.

Xəbər lenti

Xəbər lenti