...

Azərbaycan bankı "Parabank" "Rahat" kreditini təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2011 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend/

"Parabank" müştərilərə daha rahat əldə edilə bilən məhsul və xidmətlər təklif etmək məqsədilə növbəti məhsulu olan "Rahat" kreditini təqdim edir. Trend-in məlumatına görə, bu barədə bankın məlumatında deyilir.

Kredit fiziki şəxslər üçün nəzərdə tutulub.

Kreditin müddəti 12 aydan 36 ayadək, məbləği 40.000-dək, faiz dərəcəsi 28 faiz, effektiv faiz dərəcəsi 16 faizdir.

Onu da qeyd edək ki , kreditləşmə girov əsasında verilir. Kreditin məbləği qirovun likvid dəyərinin 40-50%-ə qədər müəyyənləşdirilir.

Əlavə məlumat üçün banka zəng 139-a zəng vurmaqla əldə etmək mümkündür.

Bundan əlavə, siz tariflər, valyuta məzənnələri, plastik kartlar, kreditlər haqqında, həmçinin Sizin iş yerinizə və ya evinizə ən yaxın olan "Parabank" ASC filialının ünvanını və əlaqə telefonlarını öyrənə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti