...

Türkiyənin ixrac imkanları Azərbaycanda təqdim olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2011 15:53 (UTC +04:00)
Azərbaycan ilə Türkiyə şirkətləri arasında əlaqələrin möhkəmləndirilməsi və Bakıda birgə müəssisələrin yaradılması imkanlarının genişləndirilməsi məqsədilə sentyabrın 6-dan səkkizinədək Bakıda "Türkiyə ixrac mallarının Bakı sərgisi - 2011" keçiriləcək.
Türkiyənin ixrac imkanları Azərbaycanda təqdim olunacaq

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan ilə Türkiyə şirkətləri arasında əlaqələrin möhkəmləndirilməsi və Bakıda birgə müəssisələrin yaradılması imkanlarının genişləndirilməsi məqsədilə sentyabrın 6-dan səkkizinədək Bakıda "Türkiyə ixrac mallarının Bakı sərgisi - 2011" keçiriləcək.

"Belə sərginin təşkil olunmasında məqsəd ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, Azərbaycan ictimaiyyətinin Türkiyə şirkətlərinin ixrac imkanları barədə məlumatlandırılmasıdır", - Trend-in məlumatına görə, sərginin təşkilatçısı olan "Meridyen Fuarıcılık" şirkətini nümayəndəsi Alper Çekic cümə günü mətbuat konfransında deyib.

Sərgidə tikinti, mebel sektorunu, emal və kimya sənayelərini, qida və toxuculuq, kosmetika və məişət texnikası sahələrini təmsil edən 50 türk şirkəti iştirak edəcək.

Sərgi Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti (TUSİAB), Türkiyə səfirliyi və Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə "Baku Expo Center" beynəlxalq sərgi mərkəzində keçiriləcək. Bundan əvvəl "Meridyen Fuarıcılık" Bakıda "Istanbul Fashion Show" və "Türk İnşaat ve Makina" sərgilərini təşkil edib.

Çekic gələcəkdə şirkətin Azərbaycanda belə sərgilərin təşkilini davam etdirməki imkanlarını istisna etməyib.

"Biz bu sərginin gələcəkdə də keçiriləcəyinə ümid edirik. Bu, onun nəticələrindən asılı olacaq", - Çekic bildirib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, ilin birinci yarısında Türkiyə ilə mal dövriyyəsi 765,75 milyon dollar təşkil edib. Ötən ilin yanvar-iyun aylarında isə bu göstərici 387,73 milyon dollar təşkil etmişdi.

Xəbər lenti

Xəbər lenti