...

Azərbaycanda marketmeyker bazarı yaradılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2011 15:39 (UTC +04:00)
Bakı Fond Birjası (BFB) ölkədə marketmeyker şirkətlərinin yaradılmasına dair təkliflərin qəbuluna hazırdır.
Azərbaycanda marketmeyker bazarı yaradılır

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir A.Axundov/

Bakı Fond Birjası (BFB) ölkədə marketmeyker şirkətlərinin yaradılmasına dair təkliflərin qəbuluna hazırdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Xəyal Abdinov bildirib.

"Biz marketmeyker bazarını ayrıca işləyirik, qaydalar yazırıq, İT-sistemlər hazırlayırıq", - Abdinov bildirib.

Onun sözlərinə görə, birja müraciətlər aldığı halda bu institutu işə salmağa hazır olacaq.

"Biz bazar iştirakçılarından təkliflər gözləyirik", - o deyib.

Marketmeyker institutlarının fəaliyyətinin təşviqi və müvafiq normativ-hüquqi bazanın yaradılması üzrə tədbirlərin 2013-2015-ci illər ərzində həyata keçirilməsi nəzərdə tutulub. Həmin tədbirlər "2011-2020-ci illərdə Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı üzrə" Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti