...

Şahin Mustafayev: Azərbaycan dünya iqtisadiyyatındakı böhranlı hallar şəraitində yüksək davamlılıq nümayiş etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2011 12:05 (UTC +04:00)
Sentyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 40 milyard dolları ötüb ki, bu da ölkənin xarici borcundan səkkiz dəfə çoxdur.
Şahin Mustafayev: Azərbaycan dünya iqtisadiyyatındakı böhranlı hallar şəraitində yüksək davamlılıq nümayiş etdirir

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir A.Axundov/

Sentyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 40 milyard dolları ötüb ki, bu da ölkənin xarici borcundan səkkiz dəfə çoxdur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı iqtisadi inkişaf naziri Şahin Mustafayev ERRA-nın (Energy Regulators Regional Association - Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının) sədrlər toplantısı və Qiymətəmələgəlmə və tariflər üzrə komitəsinin iclasında bildirib.

"Dünya bazarlarında davam edən böhranlı hallar şəraitində Azərbaycan yüksək davamlılıq nümayiş etdirir. Belə ki, sentyabrın 1-nə ölkənin ÜDM-nə nisbətdə xarici borclar yeddi faiz təşkil edib", - nazir deyib.

Onun sözlərinə görə, son on il ərzində ÜDM-da qeyri-neft sektoru 2,8 dəfə, ÜDM isə ümumilikdə dörd dəfə artıb. "Bu, o deməkdir ki, bu gün Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatının 70 faizi Azərbaycan iqtisadiyyatının payına düşür", - Mustafayev deyib.

Nazir bildirib ki, bununla yanaşı, son on il ərzində Azərbaycan əhalisinin gəlirləri 6,3 dəfə artıb, ölkədə yoxsulluğun səviyyəsi isə 5,4 dəfə - 49 faizdən 9,1 faizədək azalıb.

"Ölkədə karbohidrogenlərin sübut edilmiş ehtiyatları Azərbaycanın gələcəkdə dünya iqtisadiyyatında enerji təhlükəsizliyi məsələlərində mühüm rol oynamaqda davam edəcəyini təsdiqləməyə əsas verir", - o deyib.

Mustafayev bildirib ki, Azərbaycan regional və qlobal əməkdaşlığa böyük əhəmiyyət verir.

"Azərbaycandan qaz və neft ixrac boru kəmərləri regionun bir çox ölkələrini birləşdirir, lakin əgər xəritəyə baxsaq, yalnız bir ölkədən [Ermənistan] kommunikasiya xətləri keçmir. Bunun səbəbi Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutmasıdır", - nazir deyib.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının da üzv olduğu ERRA Mərkəzi Avropa, Avrasiya və ABŞ-ın tənzimləyici qurumlarının birliyi kimi 2001-ci ildə yaradılıb. Təşkilatın vəzifələri üzv ölkələrin tənzimləyici qurumlarının dəstəklənməsi, informasiya və təcrübə mübadiləsinin asanlaşdırılması, elmi tədqiqat və praktiki bilik səviyyəsinin artırılması, o cümlədən tədris-təhsil və texniki sahələrdə əməkdaşlığın təşviqidir.

Xəbər lenti

Xəbər lenti