...

Azərbaycan Vergilər Nazirliyi videoqəbul xidmətini işə salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2011 20:32 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyi videoqəbul xidmətini işə salıb. Bu xidmətin köməyi ilə vergiödəyicilərin nazirliyin məsul vəzifəli şəxsləri ilə birbaşa video əlaqə yaratması mümkündür.
Azərbaycan Vergilər Nazirliyi videoqəbul xidmətini işə salıb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Vergilər Nazirliyi videoqəbul xidmətini işə salıb. Bu xidmətin köməyi ilə vergiödəyicilərin nazirliyin məsul vəzifəli şəxsləri ilə birbaşa video əlaqə yaratması mümkündür. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü nazirliyin məlumatında deyilir.

Bu xidmətdən istifadə etmək üçün vergiödəyici www.taxes.gov.az/vqebul/ internet-ünvanda qeydiyyatdan keçməli və ümumi qaydalarla tanış olmalıdır.

Vergiödəyici öz adı, soyadı, ünvanı, iş yeri, telefonu, elektron ünvanı və şəxsiyyətini təsdiq edən sənəd barədə məlumatları göstərməlidir. Eləcə də, nazirliyin məsul vəzifəli şəxsinin adı və qəbula yazılma səbəbi göstərilməlidir.

Məlumatların göndərilməsindən və həmin məlumatların nazirliyə daxil olmasından sonra vergiödəyiciyə xəbərdarlıq göndəriləcək. Xəbərdarlıqda nazirliyin vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi, qəbulun tarixi və ünvanı göstəriləcək.

Vergiödəyici videoqəbul çərçivəsində verilən cavabı yazılı formada da tələb edə bilər.

Xəbər lenti

Xəbər lenti