...

Azərbaycanda rəqabətədavamlı məhsul istehsalçılarının ilk kataloqu yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2011 15:30 (UTC +04:00)
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi (İİN)ölkədə rəqabətədavamlı məhsul istehsal edən yeni müəssisələri ixtisaslaşdırılmış kataloqda özləri və öz məhsulları haqqında məlumat yerləşdirməyə dəvət edir.
Azərbaycanda rəqabətədavamlı məhsul istehsalçılarının ilk kataloqu yaradılıb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi (İİN)ölkədə rəqabətədavamlı məhsul istehsal edən yeni müəssisələri ixtisaslaşdırılmış kataloqda özləri və öz məhsulları haqqında məlumat yerləşdirməyə dəvət edir.

Trend-in məlumatına görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev şənbə günü rəqabətədavamlı sənaye məhsullarının alıcıları və istehsalçıları ilə görüşdə bəyan edib. Görüş Sumqayıt texnoparkında keçirilib.

"Nazirlik kataloq hazırlayıb. Orada Azərbaycanda energetika, İKT, metallurgiya, tikinti, neft və neft-kimya məhsulalrıə, yüngül və mebel sənayesi kimi sahələrdə sənaye məhsulları istehsal edən 97 şirkət haqqında məlumat öz əksini tapıb", -Mustafayev deyib.

Onun sözlərinə görə, kataloqda bu şirkətlərin istehsal etdikləri 752 adda mal haqqında məlumat təqdim olunub.

"Bu, bizim buraxdığımız ilk kataloqdur və biz yerli istehsal məhsullarının adlar siyahısını genişləndirmək məqsədilə istehsalçılardan təkliflər almağa hazırıq", -nazir deyib.

Kataloqun tələbatdan asılı olaraq yarım ildə yaxud ildə bir dəfə buraxılması planlaşdırılır. Mustafayev orada hər buraxılışda yeni müəssisələr barədə məlumatların əksini tapacağına ümidini ifadə edib.

Rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin kataloqu belə müəssisələrin siyahısının müəyyən edilməsi və bu gün əsasən idxal olunan malların üstünlük təşkil etdiyi yerli bazarda onların məhsullarının geniş tətbiqi məqsədilə hazırlanıb.

Xəbər lenti

Xəbər lenti