...

Azərbaycanda sosial-iqtisadi göstəricilərin proqnozlaşdırılması üçün ümumi tarazlıq modeli hazırlanacaq (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2011 15:22 (UTC +04:00)
Bazar ertəsi Bakıda Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Elmi-Tədqiat İnstitutut ilə EcoMod Araşdırma Mərkəzi arasında ölkənin sosial-iqtisadi göstəricilərinin hazırlanması üzrə müqavilə imzalanıb.
Azərbaycanda sosial-iqtisadi göstəricilərin proqnozlaşdırılması üçün ümumi tarazlıq modeli hazırlanacaq (ƏLAVƏ OLUNUB)

İkinci abzasdan sonra əlavə olunub (ilk xəbər saat 14:05-də yayılıb)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir N.İsmayılova/

Bazar ertəsi Bakıda Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Elmi-Tədqiat İnstitutut ilə EcoMod Araşdırma Mərkəzi arasında ölkənin sosial-iqtisadi göstəricilərinin hazırlanması üzrə müqavilə imzalanıb.

Müqavilə "Müstəqillik illərində Azərbaycan iqtisadiyyatı" konfransı çərçivəsində imzalanıb.

Azərbaycan tərəfdən sənədi institutun direktoru Vilayət Vəliyev, EcoMod tərəfdən isə mərkəzin prezidenti Əli Bayar imzalayıb.

Modelin hazırlanmasına 2006-cı ildə Asiya İnkişaf Bankı (AİB) təşəbbüs göstərib. Layihə AİB-in 600 min dollarlıq qrantı çərçivəsində reallaşdırılır və iki il üçün nəzərdə tutulub.
Treninqlərin keçirilməsi üçün AİB-in yardımı çərçivəsində Belçikanın ECOMOD Network və London Business University məsləhətçi cəlb edilib. "Lakin sonradan layihə modelin yaradılması üçün informasiya çatışmazlığına görə dayandırılıb", - Vəliyev deyib.

Xəbər lenti

Xəbər lenti