...

"Parabank" istiqrazların yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2011 18:51 (UTC +04:00)
Oktyabr 11-dən etibarən Bakı Fond Birjasında (BFB) "Parabank" ASC-nin 10 milyon manat məbləğində təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanılır.
"Parabank" istiqrazların yerləşdirilməsinə başlayır

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir N.İsmayılova/

Oktyabr 11-dən etibarən Bakı Fond Birjasında (BFB) "Parabank" ASC-nin 10 milyon manat məbləğində təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanılır. Trend-in məlumatına görə, bu barədə BFB-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində 10 min ədəd istiqraz qeydiyyata alınıb. Bir istiqrazın nominal dəyəri 1000 manatdır. Anderrayter "Unicapital" ASC-dir. İstiqrazların tədavül müddəti 1 800 gün, istiqraz üzrə gəlirlilik 15%, faiz ödəniş dövrünün müddəti 90 gündür.

Müstəqil Azərbaycanın ilk kommersiya banklarından olan "Parabank" ASC 1991-ci ildən etibarən müştərilərinə geniş çeşiddə universal maliyyə xidmətləri təklif edir. 2007-ci ilin iyul ayından "Parabank" ASC Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.

Oktyabrın 10-na olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti