...

Azərbaycan bankı "Parabank" şəxsi istiqraz vərəqələri ilə kreditləri verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2011 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Azərbaycan bankı "Parabank" ASC 10 milyon manat məbləğində istiqraz emmisiyası haqqında qərar qəbul edib. 11 oktyabr tarixindən etibarən BFB-da "Parabank"ASC-nin istiqrazlarının yerləşdirilməsinə başlanılıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı bankın məlumatında deyilir.

Emissiya çərçivəsində istiqrazların sayı bir istiqrazın nominal dəyəri 1 000 (bir min) manat olmaqla 10 000 (on min) ədəd təşkil edir. İstiqrazların tədavül müddəti 1 800 gün, faiz dərəcəsi 15 faizdir. Faizlərin ödənişi rüblük hər istiqraza 37,5 manatdır. Anderrayter qismində "Unikapital" çıxış edir.

İstiqrazlar müddətin sonunda geri alınır.

"Parabank"dan istiqrazların 90 faizi həcmində kredit verilir.

Oktyabrın 13-nə rəsmi məzənnə 0,7868 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti