...

Dövlət Sosial Müdafiə Fondu struktur bölmələrinin fəaliyyətini təkmilləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2011 17:34 (UTC +04:00)
2012-ci ildə Dövlət Sosial Müdafiə Fondu (DSMF) bütün ölkə ərazisində öz rayon şöbələrinin inzibati binalarının təmiri və inşasını yekunlaşdıracaq.
Dövlət Sosial Müdafiə Fondu struktur bölmələrinin fəaliyyətini təkmilləşdirir

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir A.Axundov/

2012-ci ildə Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) bütün ölkə ərazisində öz rayon şöbələrinin inzibati binalarının təmiri və inşasını yekunlaşdıracaq. Trend-in məlumatına görə, bu barədə cümə günü DSMF sədri Səlim Müslümov jurnalistlərə bildirib. Cümə günü Fondun Sabunçu rayon şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib.

"Sentyabrın 28-də biz Gəncədə Nizami rayon şöbəsini, bu gün isə Bakıda Sabunçu rayon şöbəsini açmışıq. Hazırda bu binalar avtomatlaşdırılmış iş yerləri ilə təmin edilib. Bu gün biz bu yerlərlə 70-dən artıq DSMF şöbəsini təmin etmişik, növbəti mərhələ isə əhaliyə avtamotlaşdırılmış xidmətlərin göstərilməsidir", - Müslümov deyib.

Onun sözlərinə görə, hazırda Gəncədə DSMF-nin Kəpəz rayon şöbəsinin, Qusar rayon şöbəsinin, Oğuz rayon şöbəsinin, Bakıda Xəzər rayon şöbəsinin açılması ilə bağlı işlər yekunlaşdırılır. Eləcə də Bakının Yasamal və Səbail rayonlarında DSMF şöbələri üçün binaların tikintisinə başlanılır.

"Bu rayonlarda artıq bizim şöbələrimiz var, amma indi onlar üçün ayrıca binalar inşa edilir. Hər bir şöbə üçün avtomatlaşdırılmış iş yerlərinin təmin olunduğu ayrıca bina vacibdir. Gələn il biz Beyləqan və Neftçala rayonlarında DSMF şöbələrinin binalarının təmirinə başlayacağıq", - Fond rəhbəri bildirib.

Onun sözlərinə görə, bütün ölkədə rayon şöbələrinin fəaliyyətlərinin avtomatlaşdırılması başa çatandan sonra DSMF-yə daxil olan məlumatı idarə edə bilən vahid korporativ şəbəkə yaradılacaq.

"Bu, pesniya təyinatının avtomatlaşdırılmış prosesinin əsas elementlərindən biridir", - Müslümov deyib.

Xəbər lenti

Xəbər lenti