...

Bakının mərkəzində 5-7 mərtəbədən hündür binaların tikintisinə qadağa qoyulacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2011 13:30 (UTC +04:00)
Bakının mərkəzində 5-7 mərtəbədən hündür binaların tikintisinə qadağa qoyulacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.
Bakının mərkəzində 5-7 mərtəbədən hündür binaların tikintisinə qadağa qoyulacaq

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir A.Axundov/

Bakının mərkəzində 5-7 mərtəbədən hündür binaların tikintisinə qadağa qoyulacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.

Onun sözlərinə görə, belə binaların tikintisi şəhərin mərkəzi hissəsinin ətraflı planına uyğun olaraq qadağan ediləcək.

"Plan hələ təsdiq olunmasa da, artıq Bakının mərkəzində yüksəkmərtəbəli binaların tikintisinə icazə verilmir", - Qocayev deyib.

Bir müddət əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirmişdi ki, Bakının mərkəzi hissəsinin ətraflı plan layihəsi üzərində işlər tamamlanıb.

"İşlər artıq yekunlaşıb və bir sıra təşkilarlarla razılaşdırılıb. İlin sonunadək layihəni rəsmi olaraq şəhər İcra Hakimiyyətinin başçısına təqdim edə biləcəyik", - Dövlətxanov əlavə etmişdi.

Paytaxtın mərkəzi hissəsinin ətraflı planı 2030-cü ilə qədər olan dövrü əhatə edir.

Komitənin sədr müavininin sözlərinə görə, plan "Amay" ticarət mərkəzindən Dövlət Bayrağı meydanına qədər üfüqi, Dənizkənarı parkdan Bakıxanov küçəsinə qədər isə şaquli istiqamətlərdə 1500 hektara qədər ərazini əhatə edir.

Xəbər lenti

Xəbər lenti