...

AXA MBASK sığorta şirkətinin mükafatları il ərzində 60 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2011 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr / Trend/

2011-ci ilin üç rübü ərzində sığorta mükafatlarının müsbət dəyişkənlik meylini qoruyub saxlayan AXA MBASK cəmi 9.878.799 manat toplayıb ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 60% artıq irəliləyiş deməkdir. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

2011-ci ilin yanvar-sentyabr aylarında avtomobil sığortası mükafatlarının xüsusi çəkisi 57 faiz (5.604.167 manat - 46 faizlik artım), əmlak sığortası mükafatlarının 23 faiz (2.203.904 manat - 207 faizlik artım), yük sığortası mükafatlarının isə 5 faiz (444.398 manat - 147 faizlik artım) təşkil edib.

Şirkət 2.348.000 manat məbləğində sığorta haqları ödəyib. Bunların əksər hissəsi avtomobil sığortası müqavilələri üzrə ödənilib (1761.549 manat), ikinci yerdə tibbi sığorta (444.764 manat), daha sonra nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (69.477 manat), bədbəxt hadisələr sığortası (25.537 manat) gəlir.

İlin üç rübünün göstəricilərini şərh edən AXA MBASK siğorta şirkəti idarə heyətinin sədr müavini Rəşad Abbasov bildirib: "Bu ilin doqquz ayına yekun vuraraq inamla deyə bilərik ki, cari il yeni AXA qlobal brendı altında seçdiyimiz inkişaf stratejisinin doğru olduğunu əyani şəkildə təsdiqləyən həqiqətən çox mühüm bir mərhələ olub.Əldə etdiyimiz nailiyyətlər işgüzar nüfuzumuzu, sığorta bazarında qazandığımız təcrübəni və sabit mövqeyimizi bir daha ortaya qoyur. Uğurumuzun təməli məqsədyönlü çalışma, satış üsullarında və müştərilərə göstərilən xidmətdə köklü dəyişikliklərə, sığorta agentlərimizə təlim keçməyə və onların püxtələşməsinə səy göstərməmiz, habelə modern informasiya texnologiyalarının tətbiqidir. Bizim uğurularımız gələcəyini şirkətimizlə bağlayan sığorta agentlərinin və agentliklərinin uğurudur. Agentlər şəbəkəsinin inkişafında AXA şirkətinin dünya təcrübəsi Azərbaycanda da bəhrəsini verir. Məhz AXA dünya brandı ilə əməkdaşlıq edən və yaxud etmək istəyən bütün agentləri bundan sonra da dəstəkləyəcəyik".

Maliyyə müdafiəsi sahəsində dünya lideri olan AXA Group Avropa, Şimali Amerika, Asiya-Sakit okean bölgəsi və Yaxın Şərqə başlıca diqqət yetirmək şərtilə ümumiyyətlə dünyanın 57 ölkəsində fəaliyyət göstərir.

Oktyabrın 26-na rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti