...

DəmirBank UEFA Çempionlar Liqasının oyununu canlı izləmək şansı yaradıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2011 20:51 (UTC +04:00)
DəmirBank-ın Maestro və MasterCard kartlarının sahibləri "MasterCard-la alış-veriş et, UEFA Çempionlar Liqasının oyununu canlı izlə!" adlı lotereyada iştirak edir.
DəmirBank UEFA Çempionlar Liqasının oyununu canlı izləmək şansı yaradıb

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

DəmirBank-ın Maestro və MasterCard kartlarının sahibləri "MasterCard-la alış-veriş et, UEFA Çempionlar Liqasının oyununu canlı izlə!" adlı lotereyada iştirak edir.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, kampaniya çərçivəsində 9 noyabr 2011-ci il tarixinədək Maestro və MasterCard kartları ilə yerli və beynəlxalq alış-veriş zamanı POS-terminallar və ya internetdən (elektron ticarət) istifadə etməklə ödənişlər həyata keçirən müştərilər qalib olmaq şansı qazanır.

İstənilən MasterCard Standard və Maestro kart sahibləri tərəfindən yerli və beynəlxalq alış-veriş zamanı xərclənmiş hər bir 10 manat məbləği 1 uduş şansına malik olur, MasterCard Gold və MasterCard Platinum (eləcə də Virtual kartların) sahibləri tərəfindən xərclənmiş hər bir 5 manat məbləği 1 uduş şansına malik olur. Şansların sayı müəyyən edildikdə xarici valyuta ilə alış-veriş məbləği manata konvertasiya edilir. Müştərilərin nağd pul çıxarışları və virtual pullarla (kvazipullar) əməliyyatları lotereyada iştirak etmir.

Lotereyanın uduş fondu 1 ədəd 2 nəfərlik hədiyyə paketindən ibarətdir. Hədiyyə paketinə UEFA Çempionlar Liqasının bu il 7 dekabr tarixində Amsterdamda keçiriləcək "Ayaks" - "Real Madrid" oyununa 2 ədəd dəvətnamə, Amsterdamda 4 ulduzlu hoteldə 1 gecəlik 2 nəfərlik otaq və 2 ədəd Bakı-Amsterdam-Bakı aviabileti daxildir.

DəmirBank hazırda kartlar üzrə "5 manata" və "Pulsuz" aksiyalarını keçirir. "5 manata kart" aksiyası üzrə müştərilər yalnız 5 manat ödəməklə MasterCard Standard kartlarını əldə edə bilər. "Pulsuz" aksiyasına əsasən müştəri kartı tam pulsuz əldə edə bilər, lakin bu halda kart hesabına zəruri məbləğdə ilkin mədaxil etməlidir. DəmirBank həmçinin "Xaricdə Təhsil Alanlara Pulsuz Plastik Kart" proqramını da həyata keçirir.

Bankın müxtəlif xidmətləri barədə www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə ətraflı məlumat əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti