...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2011 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /Trend müxbir N. İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 0, 78684 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

24 oktyabr

0,7869

31 oktyabr

0,7869

25 oktyabr

0,7869

1 noyabr

0,7869

26 oktyabr

0,7868

2 noyabr

0,7868

27 oktyabr

0,7868

3 noyabr

0,7868

29 oktyabr

0,7869

4 noyabr

0,7868

Həftə ərzində orta

0,7869

Həftə ərzində orta

0,78684

Həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməz qalaraq 0,7861 manat səviyyəsində olub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmə həyata keçirilib (T+0): oktyabrın 31-də 0,7861 AZN/USD məzənnə ilə $ 7,154 mln., noyabrın 1-də 0,7861 AZN/USD məzənnə ilə $ 0,397 mln, noyabrın 2-də 0,7861 AZN/USD məzənnə ilə $ 0,397 mln, noyabrın 3-də 0,7861 AZN/USD məzənnə ilə $ 3,664 mln, noyabrın 4-də sövdələşmə aparılmayıb, ona görə də məzənnə 0,7861 AZN/USD səviyyəsində qalıb.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

24 oktyabr

0,7870

31 oktyabr

0,7861

25 oktyabr

0,7870

1 noyabr

0,7861

26 oktyabr

0,7861

2 noyabr

0,7861

27 oktyabr

0,7861

3 noyabr

0,7861

29 oktyabr

0,7861

4 noyabr

0,7861

Həftə ərzində orta

0,78646

Həftə ərzində orta

0,7861

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti