...

Azərbaycan Dünya Bankının "Paying Taxes 2012" renkinqində mövqeyini xeyli yaxşılaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2011 19:21 (UTC +04:00)
Azərbaycan Dünya Bankı (DB), Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və "PricewaterhouseCoopers" auditor şirkətinin hazırladığı "Paying Taxes 2012" (Vergilərin ödənilməsi - 2012) renkinqində 183 ölkə arasında 77-ci yeri tutub.
Azərbaycan Dünya Bankının "Paying Taxes 2012" renkinqində mövqeyini xeyli yaxşılaşdırıb

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Dünya Bankı (DB), Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və "PricewaterhouseCoopers" auditor şirkətinin hazırladığı "Paying Taxes 2012" (Vergilərin ödənilməsi - 2012) renkinqində 183 ölkə arasında 77-ci yeri tutub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi auditor şirkətinin saytında yerləşdirilən məlumatda deyilir. Ölkə vergi ödənişlərinin sadəliyi üzrə vəziyyətini 26 mövqe yaxşılaşdırıb.

Araşdırma "Doing Business 2012" hesabatının hazırlanması çərçivəsində aparılıb.

Azərbaycan ümumi vergi qoyuluşu üzrə reytinqdə 94-cü, vergi ödənişləri üzrə 63-cü, vergi öhdəliklərinin yerinə yetirilməsi müddəti üzrə isə 96-cı yeri tutub.

Hesabatda deyilir ki, bu il ölkə 40 faiz təşkil edən ümumi vergi qoyuluşu üzrə 94-cü yeri tutub. Vergi ödənişlərinin yekunu üzrə ölkə 18-ci, gəlir vergisinin ödənilməsi üzrə birinci yeri tutub. Azərbaycan digər vergi ödəmələri üzrə beşinci mövqedə qərarlaşıb.

Ötən il Azərbaycan vergi ödənişlərinin sadəliyi üzrə reytinqdə 103-cü, vergi ödəmələri üzrə 60-cı, vergi öhdəliklərinin yerinə yetirilməsi müddəti üzrə isə 128-ci yeri tutmuşdu. Ölkə 40,9 faiz təşkil edən ümumi vergi qoyuluşu üzrə 95-ci mövqedə qərarlaşmışdı.

Hazırda Azərbaycanda doqquz vergi növü var.

Xəbər lenti

Xəbər lenti