...

2011-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4,8 milyard manat vəsait daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2011 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

2011-ci ilin yanvar-oktyabr ayları üzrə Vergilər Nazirliyi tərəfindən 4 milyard 790,8 milyon manat məbləğində vergi və tədiyyələrin dövlət büdcəsinə daxil olması təmin edilib.

Nazirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, qeyri neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 430,9 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 23 faiz çoxdur. Vergi daxilolmalarının 44,8 faizi mənfəət vergisinin, 22,8 faizi əlavə dəyər vergisinin, 11,8 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,5 faizi aksizlərin, 13,1 faizi isə digər vergilərin payına düşür.

Bu dövrdə respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 58.952 olub. 2011-ci il iyulun 1-dən oktyabrın 31-dək elektron qaydada qeydiyyatdan keçmiş fiziki şəxslərin sayı isə 6.622 nəfərdir. 2011-ci il noyabrın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 413.513 təşkil edib.

2011-ci ilin 10 ayı ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 88,4 faiz təşkil edir.

Xəbər lenti

Xəbər lenti