...

Azərbaycan əhalisinin sovet dövründə banklarda qalan əmanətləri 2012-ci ildə qaytarıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2011 20:12 (UTC +04:00)
Azərbaycan əhalinin 1992-ci il yanvarın 1-dək Azərbaycan SSR-in Əmanət Bankına qoyulan əmanətlərin qaytarılmasının təmin edilməsinə 2012-ci ildə maliyyə vəsaiti tapa bilər.
Azərbaycan əhalisinin sovet dövründə banklarda qalan əmanətləri 2012-ci ildə qaytarıla bilər

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan əhalinin 1992-ci il yanvarın 1-dək Azərbaycan SSR-in Əmanət Bankına qoyulan əmanətlərin qaytarılmasının təmin edilməsinə 2012-ci ildə maliyyə vəsaiti tapa bilər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı parlamentin Mədəniyyət, Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin "2012-ci ilin dövlət büdcəsi" layihəsinə həsr olunmuş birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

"Əgər müvafiq qanun layihəsi hazırlanarsa, onun maliyyə təminatı 2012-ci ildə tapıla bilər. Mexanizmlərın də tapılması mümkündür", - Şərifov bildirib.

Bu vəsaitlərin verilməsi əhalinin əmanətlərinin indeksləşdirilməsi prosesinin çətinliyinə görə bir neçə dəfə təxirə salınıb. Bu prosesin hazırlanması üçün parlamentdə işçi qrupu yaradılıb. Həmin proses "Əhalinin 1992-ci il yanvarın 1-dək AzSSR-in Əmanət Bankında həyata keçirilən əmanətlərinin indeksləşdirilməsi haqqında" qanunun mexanizminin hazırlanması və təsdiq edilməsindən sonra başlaya bilər.

MDB ölkələrindən ancaq bir neçəsində indeksləşmə prosesi gedir. Rusiyada isə bunun 30 il ərzində həyata keçirilməsi planlaşdırılır. Azərbaycanda indeksləşdirmə məsələsi parlamentdə bir neçə dəfə qaldırılıb, lakin Baş nazir Artur Rasizadənin rəhbərliyi altında 2005-ci ildə yaradılan dövlət komissiyasının qərarı olmadan əmanətlərin qaytarılmasının başlanmasına start verilə bilməz, bunun üçün isə ölkəyə uyğun əmsal müəyyənləşdirilməlidir. Büdcədən mövcud mexanizmlər olmadan bu məqsədlərə vəsait ayrıla bilməz, halbuki 2006-cı ilin dövlət büdcəsində əmanətlərin indeksləşdirilməsi prosesinin başlanması üçün 50 milyon manat qoyulmuşdu.

Maliyyə Nazirliyinin ilkin hesablamalarına görə, indeksləşdirmə səkkiz il ərzində həyata keçirilə bilər və bu məqsəd üçün 600 milyon dollar lazımdır. "Kapital Bank"ın apardığı inventarizasiya zamanı 1 986 min əmanətçi aşkar edilib. Onların əmanətlərinin ümumi həcmi 4,8 milyard sovet rublu təşkil edir. Əvvəllər indeksləşmənin keçirilməsinin 0,3-0,4 milyard dollar, 0,5-0,55 milyard dollar və 0,8 milyard dollar tələb edən üç variantı hazırlanmışdı.

MDB ölkələrində indeksləşmə ancaq Qazaxıstan, Qırğızıstan və Belarusda başa çatıb. Hazırda əmanətlərin indeksləşdirmə prosesə Rusiya, Ukrayna və Moldovada hər birində müxtəlif cür gedir. Belə ki, Rusiyada 1 sovet rublu 0,0033 dollar, Qazaxıstanda 0,006 dollar (yaxud 150 rubl 1 dollar qəbul edilib), Ukraynada 0,009 dollar, Belarusda 0,33 dollar, Moldovada 0,20 dollar, Qırğızıstanda isə 0,024 dollar qəbul edilib.

Noyabrın 17-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti