...

Azərbaycan həyat sığortası şirkəti kapitalını 30 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2011 17:03 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dovlət Komitəsi həyat sığortası üzrə "Qala Həyat" şirkətinin 4,35 milyon manat dəyərində səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Azərbaycan həyat sığortası şirkəti kapitalını 30 faiz artırıb

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dovlət Komitəsi həyat sığortası üzrə "Qala Həyat" şirkətinin 4,35 milyon manat dəyərində səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Komitəsinin yaydığı məlumatda deyilir.

Emissiyanın yerləşdirilməsi 1000 manat nominalında olan 3500 səhmin elə bu həcmdə 1243 manat nominallı səhmlərə konvertasiyası yolu ilə keçiriləcək.

Səhmlərin nominalının yüksəlməsi nəticəsində şirkətin nizamnamə kapitalı indiki 3,5 milyon manata qarşı təxminən 30 faiz artaraq 4,35 milyon manata çatacaq.

Təsisçisi yeganə təkrar sığorta şirkəti - AzRe olan "Qala Həyat" şirkəti sığortanın 4 könüllü və 1 icbari növü üzrə xidmət göstərməyə icazəsi var. "Qala Həyat" "Qala Sığorta"nın fəaliyyətinin yenidən təşkil ediməsi əsasında yaradılıb. Şirkət aktiv fəaliyyətə 2011-ci ildən başlayıb.

Noyabrın 18-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti