...

"DəmirBank" Smart sayğacları üzrə qaz pulu ödənişləri xidmətini təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2011 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

DəmirBank-ın Əməliyyat İdarəsi Xəzər, Nərimanov, Nizami, Xətai, Sabunçu, Sumqayıt və Ağsu filiallarında Smart sayğacları üzrə qaz pulu ödənişləri xidmətini təqdim edir.

Bankdan çərşənbə günü Trend-ə verilən mnəlumata görə, Smart sayğacı istifadəçisi bu filiallardan birinə yaxınlaşıb qaz pulunu ödəyə bilər. Ödəniş əsasında müştəriyə çek təqdim olunur.

Smart sayğaclarının istifadə coğrafiyasına uyğun olaraq, Smart qaz ödəniş xidmətləri bankın digər filiallarında da tətbiq ediləcək.

Bununla yanaşı, DəmirBank-ın plastik kart sahibləri kommunal, stasionar və mobil rabitə, internet-provayder və kabel TV xidmətlərinin https://billpay.demirbank.az səhifəsində onlayn ödənişini həyata keçirə bilər. Plastik kart sahibləri evdən və ya ofisdən sadəcə DəmirBank-a 149 nömrəsinə zəng etməklə də bu ödənişləri həyata keçirə bilər.

DəmirBank eləcə də müştərilərə bankın bütün filiallarında kommunal (işıq, qaz, su), mobil və stasionar rabitə, internet, kabel TV və yol hərəkəti qaydalarının pozulması üzrə cərimələrin ödənişini təklif edir.

Hazırda DəmirBank-ın 31 filial və şöbəsi fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 18-i isə ölkənin Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

Xəbər lenti

Xəbər lenti