...

Azərbaycan Avropa Sosial Xartiyasının daha iki maddəsinə qoşulur

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2011 13:49 (UTC +04:00)
Azərbaycanda Avropa Sosial Xartiyasının daha iki maddəsinə qoşulmağın mümkünlüyü müzakirə edilir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib.
Azərbaycan Avropa Sosial Xartiyasının daha iki maddəsinə qoşulur

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir A.Axundov /

Azərbaycanda Avropa Sosial Xartiyasının daha iki maddəsinə qoşulmağın mümkünlüyü müzakirə edilir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib.

Çərşənbə günü Bakıda nazirliyin və Ombudsman Aparatının təşkilatçılığı ilə Azərbaycanda Avropa Sosial Xartiyasının maddələrinin yerinə yetirilməsinə dair vəziyyətə həsr olunmuş seminar keçirilir.

"Azərbaycan 2004-cü ildən Avropa Sosial Xartiyasının 31 maddəsindən 18-nə qoşulub. Onlar əsasən, sosial və əmək hüquqlarına aiddir. Biz xartiyanın başqa maddələrinə də qoşulmağı nəzərdən keçiririk. Bu gün biz Azərbaycanın daha iki maddəyə qoşulmasının müzakirələrini planlaşdırırıq. Onlardan birincisi əlillərin ictimai inteqrasiyası, ikincisi isə əmək miqrantlarının hüquqları ilə bağlıdır", - Rəhimov deyib.

Onun sözlərinə görə, xartiyanın digər maddələrinə qoşulmaq tədricən baş verəcək.

"Bu günədək bir çox aparıcı dövlətlər tam olaraq hələ xartiyaya qoşulmayıblar", - Rəhimov deyib.

Nazir müavininin sözlərinə görə, Azərbaycan hökuməti bu maddələrin icrası vəziyyətinin gedişi haqqında 4 hesabat hazırlayıb.

"Bu hesabatların təhlili göstərir ki, Azərbaycanda Avropa Sosial Xartiyasının xüsusilə sosial sahələrə dair maddələrinin yerinə yetirilməsində irəliləyiş, müsbət dinamika var. Bunlar əməkhaqlarının, pensiyaların məbləğinə, digər sosial normativlərin tətbiqi ilə bağlı məsələlərə aiddir", - Rəhimov qeyd edib.

Avropa Sosial Xartiyası Avropa Şurasının insan hüquqlarının təmin olunması sahəsində zəmanət verən vacib sənədlərindən biridir. Xartiya Avropa Şurasının bütün xalqlarına gündəlik həyatın bütün sahələrində, o cümlədən mənzil hüququ, sağlamlıq, təhsil, əmək və sosial müdafiənin, vətəndaşların şəxsi səfərləri və onların ayrı-seçkiliyinin müdafiəsi hüququ kimi eyni hüquqlar verir.

Xəbər lenti

Xəbər lenti