...

Azərbaycanda 2017-ci ilədək nağdsız hesablaşmaların stimullaşdırılması üzrə dövlət proqramı hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2011 15:36 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) 2012-2016-cı illəri əhatə edən nağdsız hesablaşmaların stimullaşdırılması üzrə dövlət proqramı hazırlayıb.
Azərbaycanda 2017-ci ilədək nağdsız hesablaşmaların stimullaşdırılması üzrə dövlət proqramı hazırlanır

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Mərkəzi Bankı (AMB) 2012-2016-cı illəri əhatə edən nağdsız hesablaşmaların stimullaşdırılması üzrə dövlət proqramı hazırlayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev bildirib.

"Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılması üzrə təkliflər paketi hazırlanıb və hökumətə təqdim edilib. Həmin təkliflərdən biri xüsusi dövlət proqramının hazırlanmasıdır. AMB proqramın yekun variantını hazırlayıb və onu bank sektoru və bəzi strukturlarla razılaşdırıb. Biz bu günlərdə təkliflər paketinin təsdiqlənməsini gözləmədən bu dövlət proqramını ayrıca sənəd kimi təqdim etməyi planlaşdırırıq. Bu proqram 2012-2016-cı illəri əhatə edəcək", - Quliyev deyib.

Onun sözlərinə görə, dövlət proqramının əsas məqsədləri elektron ödəniş sistemlərinin potensialından effektiv istifadənin təmin olunması, normativ-hüquqi bazanın genişləndirilməsi, informasiyalaşdırma məsələləridir.

"Ümumilikdə, proqramın məqsədi əhalinin müxtəlif qruplarının biznesə, elektron xidmətə çıxış imkanlarının artırılmasıdır", - Quliyev qeyd edib.

AMB-nin iri ödənişlər (AZIPS) və kiçik ödənişlər (HONKS) üzrə milli ödəniş sistemləri "2005-2007-ci illər üçün milli ödəniş sisteminin inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində yaradılıb. HONKS-ın bazasında kommunal ödənişlər üzrə mərkəz yaradılıb. O, onlayn rejimdə vəsaitləri köçürməyə və hesabatları almağa imkan verir. Bunun nəticəsində ayrı-ayrı banklarda sui-istifadə hallarından yayınmaq üçün imkan yaranır.

Habelə, AMB yanında ölkədə ikinci "MilliKart" MMC yaradılıb ki, sonradan 18 kommersiya bankının idarəçiliyinə verilib.

Xəbər lenti

Xəbər lenti