...

Azərbaycanda bankların manatda olan öhdəlikləri üzrə məcburi ehtiyat norması yüksəldilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2011 16:41 (UTC +04:00)
Bankların manatda olan öhdəlikləri üzrə məcburi ehtiyat norması 2%-dən 3%-ə yüksəldilib.
Azərbaycanda bankların manatda olan öhdəlikləri üzrə məcburi ehtiyat norması yüksəldilib

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə bankların manatda olan öhdəlikləri üzrə məcburi ehtiyat norması 2%-dən 3%-ə yüksəldilib. Bu barədə bazar ertəsi Trend-ə AMB-dən məlumat verilib.

"Mərkəzi Bank bəyan etdiyi pul siyasəti istiqamətlərinə uyğun olaraq makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına yönəlmiş fəaliyyətini davam etdirir. Qlobal iqtisadi mühitin qeyri-müəyyənliyi şəraitində milli iqtisadiyyat öz inkişafını davam etdirir və onun xarici mövqeyi əlverişlidir. Bank sektoru yüksək maliyyə dayanıqlığı nümayiş etdirir və kifayət qədər likvidliyə malikdir", - məlumatda qeyd olunur.

Məlumatda deyilir ki, valyuta ehtiyatlarının davamlı artması və bank sisteminin yüksək likvidliyi şəraitində pul kütləsinin həcminin makroiqtisadi və maliyyə sabitliyinə adekvat olan səviyyədə idarə olunması mühüm vəzifə olaraq qalır.

Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Bankın İdarə Heyətinin 29 noyabr 2011-ci il tarixli qərarı ilə bankların manatda olan öhdəlikləri üzrə məcburi ehtiyat norması 2%-dən 3%-ə yüksəldilib.

Xəbər lenti

Xəbər lenti