Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "İpək Yolu Sığorta" şirkətinin 10,78 milyon manat dəyərində səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Komitənin yaydığı məlumatda deyilir.
Emissiyanın yerləşdirilməsi 506 manat nominalında olan 17500 səhmin elə bu həcmdə 616 manat nominallı səhmlərə konvertasiya yolu ilə keçiriləcək.
Bununla da şirkətin nizamnamə kapitalı 1,925 milyon manat və ya 21,9 faiz artırılacaq. Hazırda şirkətin kapitalı 8,855 milyon manat təşkil edir.
Əvvəllər "İpək Yolu Sığorta" ASC "AZAL Sığorta" ASC adı altında fəaliyyət göstərib. Hava nəqliyyatının sığortalanması üzrə ixtisaslaşan "AZAL Sığorta" 1995-ci ildə yaradılıb.
Dekabrın 9-na olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.