...

"Kapital Bank" Avropa Biznes Assambleyasının mükafatına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2011 12:03 (UTC +04:00)
"Kapital Bank" Böyük Britaniyada fəaliyyət göstərən Avropa Biznes Assambleyasının yüksək mükafatına layiq görülüb. Bank 2011-ci il üzrə "Ən yaxşı şirkət" nominasiyasının qalibi elan edilib.
"Kapital Bank" Avropa Biznes Assambleyasının mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 12 dekabr / Trend/

"Kapital Bank" Böyük Britaniyada fəaliyyət göstərən Avropa Biznes Assambleyasının yüksək mükafatına layiq görülüb. Bank 2011-ci il üzrə "Ən yaxşı şirkət" nominasiyasının qalibi elan edilib. "Kapital Bank" ASC İdarə Heyətinin sədri Elmar Məmmədov isə Avropa Biznes Assambleyası tərəfindən "İlin top meneceri" seçilib. Trend-in məlıumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

10-13 dekabr 2011-ci il tarixində Böyük Britaniyanın Oksford şəhərində təşkil edilən Oksford Liderlər Sammiti çərçivəsində mükafatın təqdimatı mərasimi keçirilib. Tədbirə Şərqi və Mərkəzi Avropa, Baltikyanı ölkələr, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunu təmsil edən 100-dən artıq aparıcı şirkətin rəhbərləri qatılıb.

Avropa Biznes Assambleyasının bu seçimi Kapital Bankın fəaliyyəti ilə bağlı statistik göstəricilərə, reytinq və PR agentliklərinin nəticələrinə əsaslanır. Böyük Britaniyada fəaliyyət göstərən Assambleya hər il Avropada sürətlə inkişaf edən effektiv şirkətlərin və biznes fəaliyyətində uğur qazanmış iş adamlarının adlarını müəyyənləşdirir.

Qurumun əsas məqsədi postsovet ölkələrində iqtisadi və demokratik islahatlar proqramlarının dəstəklənməsi, Avropa məkanında onların nüfuzunun yüksəldilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti