Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir E.İsmayılov/
Bakı Metropoliteni fəaliyyətdə olan üç stansiyanın adının dəyişdirilməsinin mümkünlüyünü nəzərdən keçirir. Trend-in məlumatına görə, bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bazar ertəsi jurnalistlərə bildirib.
Onun sözlərinə görə, "Məşədi Əzizbəyov", "İnşaatçılar" və "Ulduz" stansiyalarının adı dəyişdirilə bilər.
Əhmədov stansiyaların yeni adlarını açıqlamayıb və bunu Nazirlər Kabineti yanında Adqoyma Komissiyasının müəyyən edəcəyini deyib.