...

Azərbaycan bankları 726 milyon dollar həcmində xarici borc ödəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2011 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir N.İsmayılova/

2011-ci ilin üç rübünün yekunları üzrə banklar və neft-qaz sektoru tərəfindən cəlb edilmiş birbaşa dövlət və dövlət tərəfindən zəmanət verilmiş kreditlərin xüsusi çəkisi Azərbaycanın xarici investisiyalarının ümumi həcminin 46,2 faizini təşkil edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının ödəniş balansında deyilir.

Kapital qoyuluşlarının ümumi həcmi 2683,2 milyon dollar olub ki, bu da 2010-cu ilin müvafiq dövr göstəricisindən 21,5 faiz azdır.

Kreditlərin 33,1 faizi (744,4 milyon dollar) birbaşa dövlət tərəfindən və dövlət zəmanəti ilə cəlb olunub. Zəmanət verilməyən kreditlərin payına 1501,1 milyon dollar (66,8 faiz) düşüb.

Zəmanət verilməyən kreditlərin 623,9 milyon dolları banklar, 405,2 milyon dolları neft-qaz sektoru, 472 milyon dolları digər müəssisə və şirkətlər tərəfindən cəlb olunub.

Bundan əvvəl cəlb olunmuş kreditlərin ümumi həcmindən 1512,6 milyon dollar qaytarılıb. Qaytarılan kreditlərin 48 faizi (726 milyon dollar) bank sistemi, 12 faizi (180,7 milyon dollar) dövlət və dövlət zəmanətli, 19,5 faiz (295,5 milyon dollar) neft-qaz sektoru, 20,5 faiz (310,4 milyon dollar) isə digər müəssisə və şirkətlərin payına düşüb.

Xəbər lenti

Xəbər lenti