...

Azərbaycan Prezidenti 2012-ci il üçün ehtiyac meyarının artırılmasını təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2011 17:27 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunun tətbiqi barədə sərəncam imzalayıb.
Azərbaycan Prezidenti 2012-ci il üçün ehtiyac meyarının artırılmasını təsdiq edib

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunun tətbiqi barədə sərəncam imzalayıb.

2012-ci il üçün ehtiyac meyarının səviyyəsi 84 manat həcmində təsdiq edilib. Cari səviyyə 75 manat təşkil edir. Bu qanun 2012-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Növbəti üç il üçün sosial-iqtisadi inkişaf konsepsiyasına əsasən, 2013-cü ildə bu göstəricinin 92 manata, 2014-cü ildə 100 manata, 2015-ci ildə isə 106 manata qədər çatdırılması gözlənilir.

Dekabrın 20-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti