...

Azərbaycanda tikintisinə icazə tələb olunmayan obyektlər müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2011 16:41 (UTC +04:00)
Milli Məclisdə birinci oxunuşda müzakirə edilən Tikinti və Şəhərsalma Məcəlləsi layihəsində tikintisinə icazə tələb olunmayan obyektlərin siyahısı müəyyənləşib.
Azərbaycanda tikintisinə icazə tələb olunmayan obyektlər müəyyənləşib

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir A.Axundov/

Cümə günü Milli Məclisdə birinci oxunuşda müzakirə edilən Tikinti və Şəhərsalma Məcəlləsi layihəsində tikintisinə icazə tələb olunmayan obyektlərin siyahısı müəyyənləşib.

Trend-in məlumatına görə, aşağıdakı tikinti obyektlərinin tikinitisinə icazə tələb olunmur:

- hündürlüyü ən çoxu 5 metr, sahəsi 50 kvadratmetr olan birmərtəbəli yardımçı tikililər;

- xüsusi mülkiyyətdə olan torpaq sahələrində və özəl təsərrüfat sahələrinin hüdudlarında həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 3 metr olan quyular, yeraltı su və çirkab su anbarları (rezervuarlar);

- hündürlüyü ən çoxu 5 metr, sahəsi ən çoxu 70 kvadratmetr olan kənd təsərrüfatı obyektləri;

- hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla);

- hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin;

- məzarlıq abidələrinin, xatirə lövhələrinin və ya konstruksiyalarının;

- kiçik memarlıq formalarının (köşklər, örtüklər, çiçəkliklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının;

- tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin;

- binaların fasadlarında və ya damlarında quraşdırılan, lövhəsinin üz sahəsi ən çoxu 30 kvadratmetr olan reklam qurğularının;

- fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin;

- təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı şəbəkələrinin (xətlərinin);

- fərdi yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən coxu 3 metr və sahəsi ən çoxu 50 kvadratmetr olan yardımçı tikililərin;

- hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 50 kvadratmetr olan istixanaların və oranjereyaların.

Xəbər lenti

Xəbər lenti