...

"Bank of Azerbaijan" "Bakı" voleybol klubunun rəsmi sponsoru oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Yanvar 2012 17:06 (UTC +04:00)
"Bank of Azerbaijan" ASC "Bakı" voleybol klubunun rəsmi sponsoru oldu.
"Bank of Azerbaijan" "Bakı" voleybol klubunun rəsmi sponsoru oldu

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

"Bank of Azerbaijan" ASC "Bakı" voleybol klubunun rəsmi sponsoru oldu.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, "Bank of Azerbaijan" ASC öz korporativ sosial məsuliyyət (KSM) siyasəti çərçivəsində "Bakı" voleybol klubu ilə sponsorluq müqaviləsi imzalayıb. KSM siyasəti çərçivəsində reallaşdırılan bu layihə müddətində "Bank of Azerbaijan" ASC-nin maliyyə dəstəyi ilə Azərbaycanda qadın voleybolu inkişaf etdiriləcək, həmçinin uşaqların voleybolla marağı artırılacaq.

İmzalanmış müqaviləyə əsasən, voleybol üzrə ölkə çempionatının, beynəlxalq oyunların keçirildiyi dövrdə və onun işıqlandırılması zamanı "Bank of Azerbaijan"ın reklam spotları və bannerləri klubun oyun meydançasında quraşdırılıb. Voleybol klubunun oyunçuları bütün daxili və xarici rəsmi oyunlarında bankın loqosu olan yeni formalarını geyinməyə başlayıblar.

Xəbər lenti

Xəbər lenti