...

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həcmi il ərzində təxminən 64 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2012 13:41 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2011-ci il ərzində 63,6 faiz artaraq 10 milyard 481,5 milyon ABŞ dolları təşkil edib.
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həcmi il ərzində təxminən 64 faiz artıb

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2011-ci il ərzində 63,6 faiz artaraq 10 milyard 481,5 milyon ABŞ dolları təşkil edib. Trend-in məlumatına görə, bu barədə AMB-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Ötən il ərzində valyuta ehtiyatları 4 073,9 milyard dollar artıb", - məlumatda deyilir.

2011-ci il yanvarın 1-nə AMB-nin valyuta ehtiyatları 6 407,6 milyon dollar, iyulun 1-nə isə 6 947,5 milyon dollar təşkil edib.

Mərkəzi Bank 2012-ci ildə valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artacağını gözləyir.

Xəbər lenti

Xəbər lenti