...

İlin sonlarında Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istismara verilməsi planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2012 15:32 (UTC +04:00)
2012-ci ilin sonlarında Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istismara verilməsi planlaşdırılır.
İlin sonlarında Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istismara verilməsi planlaşdırılır

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

2012-ci ilin sonlarında Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istismara verilməsi planlaşdırılır. Bu barədə cümə axşamı Trend-ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Məlumata görə, Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu ərazisində yuma və dezinfeksiya məntəqəsinin tikintisi üzrə işlər artıq yekunlaşdırılıb. 4 yuma kabinasından ibarət olan yuma və dezinfeksiya məntəqəsi beynəlxalq standartlara cavab verəcək və gün ərzində poliqon ərzasinə daxil olan 400-dən çox maşına xidmət göstərə biləcək.

Məişət tullantılarının çeşidlənməsi və ölkədə təkrar istehsal biznesinin inkişaf etdirilməsi məqsədilə hazırda Balaxanı qəsəbəsində illik 200 min ton tullantı qəbul etmək gücünə malik olan yarım-avtomatik çeşidləmə məntəqəsinin tikintisi davam etdirilir. Məntəqə 2012-ci ilin ortalarında istismara veriləcək.

Dünya Bankının texniki dəstəyi ilə həyata keçirilən "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsinin bütün komponentləri üzrə işlər davam etdirilir. Layihə çərçivəsində 2011-ci ildə "Təmiz Şəhər" ASC üçün maşın və texniki avadanlıqlar alınıb.

Xəbər lenti

Xəbər lenti