...

Expressbankı xidmət şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2012 09:00 (UTC +04:00)
2012-ci ilə uğurlu bir nailiyyətlə başlayaraq, Expressbank Bakı şəhəri, Ə.Əlizadə küçəsi 10 ünvanında, yeni “Mərkəz” filialını açmışdır.
Expressbankı xidmət şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 13 yanvar / Trend /

2012-ci ilə uğurlu bir nailiyyətlə başlayaraq, Expressbank Bakı şəhəri, Ə.Əlizadə küçəsi 10 ünvanında, yeni "Mərkəz" filialını açmışdır. Bu barədə cümə günü bankın məlumatında deyilir. Filialda fərdi və korporativ müştərilərə hesab açılması, depozit qəbulu, istehlak kreditləri, avto kreditlər, biznes kreditləri, bank kartları ilə əməliyyatlar, kommunal və mobil rabitə ödənişləri, valyuta mübadiləsi ilə yanaşı bütün növ bank xidmətləri göstərilir.

Eyni zamanda müştərilərin istək və rahatlıqlarını nəzərə alaraq şəhərin mərkəzində daha bir şöbə Bakı şəhəri, Bül-bül prospekti 29 ünvanında yerləşən "1 saylı Bakı şöbəsi" də artıq işə başlamışdır. Burada onlar yüksək dərəcəli peşəkar mütəxəssislərin köməyi ilə bütün növ bank xidmətlərindən yararlana biləcəklər.

Müştəri məmnunluğunun təmin edilməsi, onlara daha rahat və sürətli xidmət göstərmək, o cümlədən əməliyyatçıların xidmət keyfiyyətinin ölçülməsi məqsədi ilə həm filial, həm də şöbədə Q-Matic sistemi tətbiq edilmişdir.

Ümumilikdə EXPRESSBANK-ın respublikanın müxtəlif regionlarını əhatə edən 10 filialı və 4 şöbəsi fəaliyyət göstərir. Bundan əlavə bankın 49 bankomatı və 22 POS-terminalı vardır.
"Expressbank"-ın fəaliyyəti və kampaniyaları barədə daha geniş və ətraflı məlumatla www.expressbank.az saytından və ya 132 Məlumat Mərkəzinə zəng etməklə tanış olmaq olar.

Həmçinin bankın Facebook sosial şəbəkəsində olan rəsmi səhifəsinə üzv olmaqla http://www.facebook.com/Expressbank daim bank yenililərindən xəbər tutmaq olar.
EXPRESSBANK"İşləriniz rahat getsin".

Xəbər lenti

Xəbər lenti