...

Saakaşvili: Bir ildən sonra Gürcüstanı Avropa ilə birbaşa dəmiryol xətti birləşdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2012 15:38 (UTC +04:00)
Bir ildən sonra Gürcüstanı Avropa ilə birbaşa dəmiryol xətti birləşdirəcək.
Saakaşvili: Bir ildən sonra Gürcüstanı Avropa ilə birbaşa dəmiryol xətti birləşdirəcək

Gürcüstan, Tbilisi, 13 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Bir ildən sonra Gürcüstanı Avropa ilə birbaşa dəmiryol xətti birləşdirəcək. Trend-in məlumatına görə, bunu Türkiyədə səfərdə olan Gürcüstan Prezidenti Mixail Saakaşvili bəyan edib.

Onun sözlərinə görə, Gürcüstanın Türkiyə və Azərbaycanla birgə inşa etdiyi Bakı-Tbilisi-Qars dəmiryolu ilə ilk sərnişin Avropaya 2013-cü ildə düşəcək.

Prezidentin qeyd etdiyi kimi, Türkiyə Gürcüstan üçün Avropaya pəncərədir. Bütün bunlarla yanaşı, onun sözlərinə görə, Gürcüstanın iqtisadi inkişafı əhəmiyyətli dərəcədə Türkiyə ilə sıx əməkdaşlıqla şərtlənir.

Məlum olduğu kimi, dəmiryol layihəsinin həyata keçirilməsi üçün Gürcüstan Azərbaycandan 700 milyon dollardan çox kredit alıb.

Xəbər lenti

Xəbər lenti