...

Pakistan azərbaycanlı investorları ölkə iqtisadiyyatına sərmayə qoymağa çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2012 13:21 (UTC +04:00)
Pakistan hökuməti Azərbaycan investorlarını ölkə iqtisadiyyatına investisiya qoymağa çağırır.
Pakistan azərbaycanlı investorları ölkə iqtisadiyyatına sərmayə qoymağa çağırır

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir S.Ağayeva/

Pakistan hökuməti Azərbaycan investorlarını ölkə iqtisadiyyatına investisiya qoymağa çağırır. Trend-ə diplomatik nümayəndəlikdən verilən məlumata görə, bu barədə şənbə günü Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovla görüşdə bu ölkənin Sind əyalətinin qubernatoru İşrat ul İbad deyib.

Onun sözlərinə görə, Sind əyaləri hazırda enerji böhranı yaşayır və azərbaycanlı investorlar bu sahəyə, qaz və alternativ enerjidə işləyən kiçik su elektrik stansiyalarının tikintisinə yatırım etməyə dəvət edilir.

Sind qubernatoru, həmçinin 2011-ci ildə əyalətdə sel və daşqınlardan zərərçəkənlərə iki milyon dollar məbləğində yardıma görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib.

Səfirlə görüşdə bu əyalətin Baş naziri Seyid Qaim Şah deyib ki, Sind əyaləti Azərbaycanla iqtisadi münasibətlərin inkişafında maraqlıdır.

Onun sözlərinə görə, əyalət hökumətində əməkdaşlıq haqqında konkret paket hazırlanır. Paket Azərbaycana səfəri zamanı Sind əyalətinin İnvestisiya Şurasınin nümayəndə heyəti tərəfindən təqdim ediləcək.

Sind Pakistanın 40 milyon əhalisi olan 4 əyalətindən biridir. Sind Pəncabdan sonra ölkə iqtisadiyyatında ikinci yeri tutur. Əyalətin ölkənin ÜDM-ində payı təxminən üçdə birdir.

Xəbər lenti

Xəbər lenti